Kreml: Döyüş meydanında üstünük Ukrayna zəifləyir

10.07.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Rusiya prezidenti Vladimir Putin ABŞ-nin sabiq prezidenti Donald Trampın səbrinin tükənə biləcəyini əvvəlcədən nəzərə alıb. Lakin o, Ukraynada qarşıya qoyduğu məqsədlərdən geri çəkilmək niyyətində deyil.

Bakupost.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Nəşrə görə, Keml hesab edir ki, Rusiya döyüş meydanında üstünlüyə malikdir və yaxın aylarda Ukraynanın müdafiə imkanları zəifləyə bilər. Məhz buna görə də Putin ABŞ ilə münasibətləri yaxşılaşdırmaq uğrunda öz planlarını qurban vermək istəmir.

Ekspertlər hesab edirlər ki, Moskva Vaşinqtonla dialoqun davamına maraqlıdır, lakin bu, Kreml üçün Ukraynada geosiyasi hədəflərdən üstün deyil.

Aysel,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью