Kreml Əbu Dabidəki danışıqlarda Avropa üçlüyü nün iştirak edəcəyini təkzib edib

09.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Əbu-Dabidə danışıqların Avropa "üçlüyü"nün iştirakı olmadan keçirilməsi planlaşdırılır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, danışıqlarda Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə iştirak edəcəklər.

Qeyd edək ki, Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqlar noyabrın 10-də keçiriləcək.

"Politico" nəşri rəsmilərə istinadən Fransa, Almaniya və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirlərinin Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında iştirak edəcəyini yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью