Kreml Ər Riyaddakı danışıqların məzmununun ictimaiyyətə açıqlanmayacağını bildirib

25.03.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda texniki məsləhətləşmələr aparıb və artıq hər iki ölkənin rəhbərliyinə hesabatlar göndəriblər. Buna görə də danışıqların məzmunu açıqlanmayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Söhbət texniki danışıqlardan gedir, axı. Texniki danışıqlar təfərrüatı ilə gedən danışıqlardır, ona görə də təbii ki, bu danışıqların məzmunu mütləq dərc olunmayacaq. Bunu gözləmək lazım deyil”, - deyə Kreml nümayəndəsi qeyd edib.

“İndi nümayəndə heyətlərinin paytaxtlara verdiyi hesabatlar təhlil edilir və yalnız bundan sonra hansısa anlaşmadan danışmaq mümkün olacaq”, - deyə Peskov əlavə edib.

Rusiya ilə ABŞ arasında məsləhətləşmələr bir gün əvvəl Səudiyyə Ərəbistanının paytaxtında keçirilib; 12 saatdan çox davam edən görüş Ukrayna münaqişəsinin həlli ilə bağlı bir neçə məsələyə həsr olunub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью