Kreml Ermənistan parlamentinin Aİ yə üzvlük haqqında qanun layihəsini ilk oxunuşda təsdiqləməsinə münasibət bildirib

12.02.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kreml Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu Ermənistanın suveren hüququ adlandırıb.

“Göründüyü kimi, Ermənistanda müəyyən siyasi qüvvələr var ki, Avropa İttifaqına istiqamətlənməni ölkənin özü və xalqının maraqları üçün əlavə dividendlər verəcəyini hesab edir. Bu, Ermənistanın suveren hüququdur. Amma təbii ki, ermənilərin özləri və bütün hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu araşdırmalı olacaq. Avropalıların özləri buna necə baxırlar? Biz uzun gözləmə siyahısına salınmış bir çox ölkələrin təcrübəsini bilirik. Onilliklərlə ölçülən növbə... Hələlik biz Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyündən dividendlər almağa davam etdiyindən çıxış edirik. Bu dividendlər göz önündədir”, - Kremlin sözçüsü vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью