GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə daha da gərginləşir.
Artıq Kremlə yaxın erməni əsilli siyasətçilər, jurnalistlər, ümumilikdə tanınmış simalar baş nazir Nikol Paşinyanı və onun komandasını hədəf almağa başlayıblar.
“RT” telekanalının rəhbəri, erməni əsilli jurnalist Marqarita Simonyanın ötən gün Paşinyana qarşı açıq çağırışı erməni ictimaiyyətində maraqla qarşılandı.
Simonyan Erməni Apostol Kilsəsini son 2000 il ilk hədəfə alan şəxsin erməni əsilli biri olmasını inanılmaz adlandırıb.
O, erməni xalqını mövcudluqları və dövlətçiliyi qorumaq üçün Paşinyana qarşı birləşməyə, onu devirməyə çağırdı.
Moskva İrəvan hökumətinə qarşı açıq şəkildə hərəkətə keçib? Kremlin Ermənistanla bağlı planı nədir?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginliyin bu səviyyəyə çatması gözlənilən idi: “İrəvan son dövrlərdə Moskvanın maraqlarına uyğun gəlməyən mövqe nümayiş etdirməyə başlayıb.
Baş nazir Nikol Paşinyanın 2026-cı ilin fevralından etibarən KTMT-dən tamamilə çıxa biləcəklərinə dair bəyanatı, Rusiyanın Ermənistandakı “5-ci kolon”una qarşı aparılan əməliyyatlar, eyni zamanda bu ölkədən gələn erməni əsilli bəzi iş adamlarının həbsi, rəsmi İrəvanın Moskva ilə araya məsafə qoymaqda və ölkədən Rusiya təsirini sıxışdırıb çıxarmaqda maraqlı olduğunu göstərir.