Kreml Ermənistandakı qanun pozuntularını SAYIR

08.06.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kreml Ermənistan seçkilərinin yekun nəticələrini gözləyir və çoxsaylı qanun pozuntuları da daxil olmaqla bütün hesabatları qeydə alır.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bu yekun nəticələri gözləyirik. Bu vaxt ərzində bu seçkilər ətrafında ortaya çıxan bütün hesabatları diqqətlə izləyirik. 

Həmçinin bu seçkilər zamanı baş verən çoxsaylı qanun pozuntuları barədə hesabatları qeydə alırıq", - deyə Peskov jurnalistlərə Ermənistan seçkiləri ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, seçki 7 iyunda keçilib. Nəticələrə görə, Baş nazir Nikol Paşinyanın partiyası öndədir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью