Kreml Estoniyanın ittihamlarını əsassız adlandırıb

22.09.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Kreml Tallinin Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlı iddialarını boş və əsassız hesab edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov bildirib.

Kremlin sözçüsü deyib ki, Rusiya ordusu ciddi şəkildə beynəlxalq qaydalar, o cümlədən uçuşlarla bağlı qaydalar çərçivəsində fəaliyyət göstərir.

Peskov Ukrayna silahlı qüvvələrinin Krıma hücumu ilə bağlı sualları isə Müdafiə Nazirliyinə yönləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью