Kreml Estoniyanın Rusiya təxribatı ilə bağlı ittihamlarını rədd edib

16.11.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Estoniya və digər Avropa ölkələrinin Rusiya təxribatı ilə bağlı ittihamları tamamilə əsassızdır və Rusiya onları tamamilə rədd edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Estoniya hakimiyyətinin Rusiya ilə bütün sərhəd məntəqələrini bağlamaq qərarına münasibət bildirərkən deyib.

“Estoniya divar tikir. Tarix göstərir ki, bir çox ölkələr öz müəlliflərinə heç bir xeyir gətirməyən divarlar tikiblər”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Estoniya Xarici İşlər Nazirliyi Tallinin 1 dekabrdan etibarən Rusiya ilə bütün sərhəd keçid məntəqlərini bağlayacağını açıqlayıb. Qərar Viimsi bələdiyyəsindəki Threod Systems müdafiə şirkətinin binasına qarşı törədilən yanğın cəhdindən sonra verilib. Hadisədən sonra 8 Latviya vətəndaşı saxlanılıb. Estoniya hakimiyyəti Rusiyanı hadisədə iştirakda ittiham edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью