Kreml etirazların qarşısını almaq üçün PLAN QURUR “Nezigar” Yeni Çağ Media | Icma.az
Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir. Rusiyadakı inflyasiya fonunda Kremlin yaxın həftələrdə və ya aylarda ictimai naraz
Yenicag.az xəbər verir ki, bu barədə “Nezigar” adlı “Telegram” kanalı məlumat yayıb.
Kanal yazır ki, bu prosesə regional hakimiyyətlər, xüsusilə region rəhbərləri səviyyəsində cəlb ediləcək.
Məlumatda qeyd olunur ki, artıq regional rəhbərlər konkret göstərişlər alıblar və bu göstərişlərə əsasən, cəmiyyətin narazılığını və mənfi əhval-ruhiyyəsini azaltmağa yönəlmiş tədbirlər həyata keçirilməlidir.
Passivlik və ya “inflyasiya qaçılmazdır” tipli açıqlamalar yanlış yanaşma kimi qiymətləndiriləcək.
Kreml hesab edir ki, belə vəziyyətlərdə xalq hökumətdən problemlərin həlli ilə bağlı konkret addımlar görməli, sadəcə, izahatlarla kifayətlənməməlidir.
Mümkündür ki, hökumət və istehsalçılar arasında müəyyən razılaşmalar əldə edilsin və bu razılaşmalara əsasən, bir müddət ərzində əsas ərzaq məhsulları və istehlak mallarının qiymətləri dondurulsun.
Lakin “Telegram” kanalının ekspertləri bu cür addımların yalnız müvəqqəti təsir üçün nəzərdə tutulduğunu bildirirlər.
Tam oxu
Xəbəri oxu