Kreml görüşü: Kadırov Putinə hesabat verdi “Hər tapşırıq yerinə yetirilir!”

07.05.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovla görüş keçirib.

Globalinfo.az “RİA Novosti”yə istinadla xəbər verir ki, görüş zamanı Kadırov “xüsusi hərbi əməliyyat” zonasında prezidentin verdiyi bütün tapşırıqların tam məsuliyyətlə yerinə yetirildiyini bildirib.

Kadırov həmçinin Putinə məlumat verib ki, əməliyyat başlayandan bəri Çeçenistandan “xüsusi hərbi əməliyyat” zonasına 55 mindən çox döyüşçü göndərilib. Onların 20 mindən çoxu könüllülər olub.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью