Kreml Gürcüstandakı vəziyyəti şərh edib

02.12.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanda baş verən hadisələrdə narıncı inqilab etmək cəhdinin bütün əlamətləri var.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

O vurğulayıb ki, hazırda Gürcüstanda baş verənlərin hamısı ölkənin daxili işləridir, Rusiya heç vaxt onlara qarışmayıb və qarışmır.

“Vəziyyəti sarsıtmaq cəhdi var. Biz bunu bir sıra ölkələrdə görmüşük. Narıncı inqilabın həyata keçirilməsinin bütün əlamətləri...”, - Kreml nümayəndəsi bildirib.

O əlavə edib ki, Gürcüstan hakimiyyəti vəziyyəti sabitləşdirmək və ölkəni sakit vəziyyətə salmaq üçün tədbirlər görür.

Gülayə Mecid


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью