Kreml: Hazırda tutarlı sülh planı yoxdur

03.03.2025

Icma.az bildirir, Ayna portalına istinadən.

“Gündəmdə hansısa əlaqələndirilmiş, təfərrüatlı sülh planının olduğunu söyləmək hələ tezdir”

“Hazırda konturların görünməsinə baxmayaraq, Ukraynada münaqişənin həlli üçün tutarlı sülh planı yoxdur”. AYNA.AZ “RİA Novosti”yə istinəadən xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Gündəmdə hansısa əlaqələndirilmiş, təfərrüatlı sülh planının olduğunu söyləmək hələ tezdir”, - Kreml rəsmisi vurğulayıb.

Eyni zamanda, Peskov əlavə edib ki, “son sülh planlarının bəzi ilk eskizləri” ortaya çıxır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью