Kreml hazırdır, Ağ Evdən təklif gözlənilir

27.01.2025

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın ABŞ ilə təmaslara hazır olduğunu, lakin Vaşinqtondan görüşlə bağlı tələb gəlmədiyini bildirib.
Peskov brifinq zamanı ölkəsinin RF Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Donald Trampın görüşünə hazır olduğunu, lakin Vaşinqtonun belə bir tələblə müraciət etmədiyini söyləyib.
Kremlin təmsilçisi deyib: "Hələlik amerikalılardan heç bir siqnal almamışıq. Ona görə də hazırlığınızı saxlayaraq öz qrafikimiz üzrə işləyirik. Amerika tərəfi də belə bir hazırlıq içərisindədir. Görünür, müəyyən qədər vaxt lazımdır".
Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью