Kreml hərbi sahəyə 17 trilyon rubl ayırdı

29.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Rusiya hakimiyyəti 2027-ci ilin dövlət büdcəsi layihəsində hərbi xərclərin növbəti dəfə kəskin artırılmasını planlaşdırır.

"Yeni Sabah" xəbər verir ki, gələn il orduya və silahlanmaya rekord həddə — 17,1 trilyon rubl ayrılacaq. Bu göstərici 2026-cı ilin büdcəsində nəzərdə tutulan 12,9 trilyon rublla müqayisədə 32 faiz çoxdur.

Hökumət tərəfindən təsdiqlənən və oktyabrın 1-də Dövlət Dumasına təqdim olunacaq qanun layihəsinə əsasən, gələn il ölkənin ümumi federal büdcə xərclərinin 35 faizi birbaşa hərbi ehtiyacların ödənilməsinə yönəldiləcək. pizza hut

 Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью