Kreml: Hindistandan Rusiya neftini almaqdan imtina barədə heç bir mesaj almamışıq

03.02.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Hindistandan Rusiya neftini almaqdan imtina etməsi barədə heç bir mesaj almayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

"Biz əlbəttə ki, bu barədə bəyanatları diqqətlə izləyirik. Trampın bəyanatlarına diqqətlə yanaşırıq. Onları dəqiqliklə təhlil edirik. ABŞ-Hindistan ikitərəfli münasibətlərinə hörmətlə yanaşırıq. Bundan az olmayan əhəmiyyəti Rusiya ilə Hindistan arasında strateji tərəfdaşlığa veririk. Bizim üçün bu çox vacibdir. İndiyədək Yeni Delhidən bu barədə heç bir bəyanat eşitməmişik", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığından sonra bildirib ki, Yeni Delhi Amerika və ehtimal ki, Venesuela neftini almaq xeyrinə Rusiya neftinindən imtina edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью