Kreml ideoloqundan postsovet ölkələrinə ŞOK HƏDƏ Rusiya nəyə hazırlaşır? | Icma.az
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya postsovet ölkələrinin suverenliyi və müstəqilliyi ilə heç cür barışa bilmir.
Bunu şimaldan gələn və səngimək bilməyən hədələr bir daha sübut edir.
Özü də Ukraynaya hərbi təcavüz fonunda bu cür təhdid və şantaj siyasəti getdikcə daha qabarıq və həyasız forma almaqdadır.
Bu dəfə Kremlin “danışmanları”ndan olan avrasiyaçı politoloq, bədnam Aleksandr Duqin fərqlənib.
Duqin postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın suverenliyinə açıq şəkildə qarşı çıxaraq deyib ki, “Moskva Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır”.
Xatırladaq ki, elə bu həftə Kremlin başqa bir təbliğat ruporu, telejurnalist Vladimir Solovyov faktiki eyni imperiya tezislərindən çıxış edərək, adı çəkilən ölkələri “xüsusi hərbi əməliyyatla” hədələmişdi.
Rusiya XİN sözçüsü Mariya Zaxatova qalmaqalı yumşaltmağa çalışsa da, üstündən iki gün keçməmiş Kremlin başqa bir köpəyi növbəti sayıqlaması ilə gündəmə gəlib.
Tam oxu
Xəbəri oxu