Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. "Rusiya istənilən məsələyə don geyindirib, buna gedə bilər.
Amma bu addım son nəticədə Rusiyanın məhvinə gətirib çıxaracaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Rusiya prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakovun Sovet İttifaqının dağılması zamanı hüquqi prosedurun pozulduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Həmsöhbətimiz qeyd edib ki, Kreml rəsmiləri imperiyanı bərpa etmək üçün bəhanə axtarırlar: "SSRİ-nin dağılması zamanı hüquqi prosedur qaydalarının pozulması barədə Rusiya rəsmilərinin açıqlamaları sadəcə olaraq bir bəhanədir.
Bu tip açıqlamalar bütövlükdə sovet imperiyasını bərpa etmək üçün ideoloji zəmin yaratmaq xarakteri daşıyır.
Digər tərəfdən, belə fikirlərlə guya Ukraynaya hücumu da əsaslandırmaq istəyirlər.
Yəni nəzəri cəhətdən gələcəkdə digər respublikalara da bu cür hücumlar edilə bilər".
Ekspert hesab edir ki, Rusiya BMT üzvü olan digər dövlətlərə növbəti dəfə, özü də hamısına eyni zamanda hücum etməyə cəhd etməz: "Düzdür, Rusiya Ukraynada qalib gələrsə, ola bilsin ki, digər ölkələrə, xüsusən də Baltikyanı dövlətlərə, Mərkəzi Asiyaya hücum edə bilər.