Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukrayna ordusu Donbası tərk etməlidir”
“Ukrayna ordusu Donbass ərazisini tərk etməlidir. Çünki bu, Rusiya tərəfi üçün vacib şərtdir”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Moskva Ukrayna üzrə danışıqlar prosesinin detallarının açıqlanmasını məqsədəuyğun hesab etmir”, - deyə Peskov vurğulayıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Donbass məsələsinin Kiyev üçün əsas olduğunu bəyan edib. Ukrayna lideri vurğulayıb ki, bu məsələ üç tərəfin – Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə bu gün və sabah Əbu-Dabidə müzakirə olunacaq.