Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya İsrail və HƏMAS arasındakı vəziyyəti izləyir və tərəflərdən atəşkəs və girovların azad edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirmələrini gözləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, biz vəziyyəti izləyirik. Ümid edirik ki, hər iki tərəf öz öhdəliklərini yerinə yetirəcək, insanlar azad olunacaq”, - Peskov bildirib.