Kreml İstanbula gedəcək nümayəndə heyətinin tərkibini gizli saxlayır

14.05.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Kreml Rusiyanın İstanbuldakı nümayəndə heyətinin tərkibini hələlik açıqlamayıb.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

"Xeyr, bununla bağlı heç nə dəyişməyib. Biz Rusiya Prezidentindən müvafiq göstəriş alan kimi bunu edəcəyik. Hələ belə bir göstəriş olmayıb”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin dediyi hər şey aktual olaraq qalır və Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью