Kreml Kiselyovdan narazıdır: İstefaya göndərilir...

18.08.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni televiziya mövsümündə "Rossiya 1" telekanalının əsas verilişi olan "Vesti nedeli" 2012-ci ildən aparıcısı olan Dmitri Kiselyovsuz yayımlanacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Kreml əsas təbliğatçısından narazıdır və buna görə də Kiselyovu efirdən uzaqlaşdırmaq qərarı verilib.

“Kiselyova qarşı şikayətlər çoxdan yığılıb. Şikayətlər əhalinin "Vesti nedeli"yə olan marağının azalması, eləcə də Kiselyovun çətin xarakteri və hər hansı digər fikrə qarşı dözümsüzlüyü ilə əlaqələndirilir, - məlumatda qeyd olunub.

Bildirilib ki, Kiselyov özü bu qərardan xəbərdardır və Kremlin qərarına olduqca ağrılı reaksiya verib. O, intriqa və donosların qurbanına çevrildiyindən şikayətlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью