Kreml: Kiyev, Vaşinqton və Moskva arasında üçtərəfli görüş gözlənilir

25.09.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən də, belə bir müzakirə olub. Yaxın gələcəkdə belə bir görüşün baş tuta biləcəyi barədə müzakirələr aparılıb. Bu, Putin və Tramp arasında telefon danışığı zamanı olub. Hazırda sizə daha ətraflı məlumat verə bilmərəm”, - D.Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin ABŞ-a səfərinin nəticələrini müzakirə etmək üçün hələ tezdir. 

D.Peskov əlavə edib ki, Dmitriyev Birləşmiş Ştatların Rusiya ilə danışıqlar üzrə rəsmiləri ilə əlaqələrini davam etdirir və iqtisadi əməkdaşlığa diqqət yetirir.

Mürtəza
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью