Kreml Kiyevlə birlikdə qərar verəcək Peskov

23.05.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rusiya-Ukrayna danışıqları üçün yeni platforma ilə bağlı hələlik heç bir razılaşma yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Danışıqların növbəti yeri ilə bağlı hələlik heç bir anlaşma yoxdur. Təbii ki, hər iki tərəfin qərarı olmalıdır”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışıqlarından sonra ABŞ Prezidenti Donald Tramp gələcək təmasların Vatikanda baş tuta biləcəyini demişdi.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью