Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Baş nazirinin müavini Marat Xusnullin 16 və 17 noyabr tarixlərində Ukraynanın hücumundan sonra Krım körpüsü ətrafında vəziyyət barədə prezident Vladimir Putinə məruzə edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Ukraynanın ikinci hücumdan sonra körpüdə nəqliyyat vasitələrinin və qatarların hərəkəti tamamilə dayandırılıb. Mütəxəssislər körpü konstruksiyasına dəyən ziyanı qiymətləndirməyə davam edirlər.
Hökumət komissiyasının həmçinin körpünün bərpasını və nəqliyyat əlaqələrinin təşkilini araşdıracağı bildirilib.
Ukrayna noyabrın 16-da dronla, 17-də isə Flamingo raketi ilə Krım körpüsünə iki dəfə zərbə endirib. İkinci zərbə körpünün avtomobil yolu hissəsini və tağlardan birini dağıdıb.