Kreml Minski Tramp Putin Zelenski danışıqları üçün ən yaxşı yer adlandırıb

05.03.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun Tramp, Putin və Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət etməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Minski danışıqlar üçün ən yaxşı yer adlandırıb.

Onun sözlərinə görə, bu təklif qaldırılmayıb və heç cür müzakirə olunmayıb: "Lakin əlbəttə ki, bizim üçün Minsk ən yaxşı yerdir. Belarus bizim əsas müttəfiqimizdir. Bizə görə, danışıqlar üçün bu, ən yaxşı yerdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью