Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya tərəfinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə əlaqələri xüsusi xidmət orqanları vasitəsilə həyata keçirilib.
Məlumatı “Anadolu” yayıb.
“Sizə yalnız onu deyə bilərəm ki, xüsusi xidmət orqanları vasitəsilə əlaqələr olub. Sizi əmin edə bilərəm ki, Rusiya Prezidenti (Vladimir Putin) ilə heç bir görüş olmayıb. Bu məsələ ilə bağlı sizə deyə biləcəyim tək şey budur. Əlbəttə ki, bütün bunlar barədə Prezident Putinə dərhal məlumat verilir”, - Kremlin sözçüsü bildirib.
Peskov qeyd edib ki, xüsusi xidmət orqanları arasında əlaqələr özlüyündə “müsbət bir fenomen, müsbət bir prosesdir”: “Bu əlaqələr ikitərəfli münasibətlərin ən çətin anlarında belə tez-tez davam edir. Yeri gəlmişkən, prezidentimiz də bu barədə danışıb”.
Bundan əlavə, Kreml sözçüsü Retkliffin Ukrayna və İran məsələsinin müzakirəsinin olub-olmadığını dəqiqləşdirməyib. Peskov qeyd edib: “Bu mövzuda dediklərimə heç nə əlavə edə bilməyəcəyəm”.
P.ƏMİRCANOV
XQ