Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ukraynanın Rusiyaya etdiyi güzəştlərin nəticəsində atəşkəsin müvəqqəti və daha sonra daimi sülhə aparacağına inanmaq yanlış olar”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynada sülh müqaviləsinin şərtlərini və nəticələrini təhlil edən “Xarici Siyasət Araşdırma İnstitutu” yazıb.
Təhlil yazısında qeyd edilib ki, hərbi münaqişənin dayandırılması və davamlı sülhün əldə edilməsi çox mürəkkəb, həmçinin çətindir: “Çünki Rusiya, əsasən, Qərb və ABŞ-nin dəyişən siyasətinə qarşı daha sərt tələblər irəli sürür.
Rusiya ilə Qərb arasındakı mövcud rəqabət hər kəsə məlumdur. Hər iki tərəfin strateji məqsədləri var.
Rusiya, müharibənin başlamasından sonrna Avropa təhlükəsizliyini yenidən tənzimləmək məqsədilə Qərblə danışıqlar aparmağı təklif etdi.
Moskva Ukraynada sürətli zəfər əldə edəcəyini gözləyərək, müharibəyə başlamışdı, lakin münaqişənin uzun sürməsi Qərbin təmkinli davranmasına mane olub.
Rusiya ilə Ukrayna arasında müharibə yalnız müvəqqəti atəşkəsə gətirib çıxaracaq”.