Kreml mühüm qərarları belə təxirə salmağa çalışır Zelenski

22.10.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna atəşkəsin əldə olunmasını dəstəkləyir, lakin birincisi, öz ərazilərindən çıxmaq şərti ilə deyil, ikincisi isə əvvəlcə təhlükəsizlik təminatları vacibdir. ABŞ Prezidenti Donald Trampla da danışığımız olub.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz atəşkəs məsələsini dəstəkləyirik, diplomatik mərhələyə keçməyə hazırıq, lakin elə şərtlərlə yox ki, hansısa ərazilərdən çıxmalı və Rusiyaya torpaq bağışlamalı olaq. Söhbət kilometrlərdən getmir, söhbət bizim insanlarımızdan və kimliyimizdən gedir. Bu, bizim ərazi bütövlüyümüzdür”, – Zelenski vurğulayıb.

Zelenski, həmçinin qeyd edib ki, Ukrayna Rusiyanın real danışıqlara başlamağa heç bir diplomatik hazırlıq göstərmədiyini görür:

“Kreml hər nə edirsə, bununla ABŞ və Avropanın mühüm qərarlarını telefon zəngləri ilə təxirə salmağa çalışır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью