Kreml müvəqqəti atəşkəs istəmir: Peskovdan açıqlama

16.11.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynada müvəqqəti atəşkəs deyil, illərlə, hətta əsrlərlə davam edəcək sülh istədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlar prosesinə toxunub.

“Biz Ukraynada yalnız müvəqqəti atəşkəs deyil, illərlə, hətta əsrlərlə davam edəcək sülh istəyirik. Danışıqlar prosesi bizi məhz bu sülhə aparmalıdır. Buna görə də xüsusi hərbi əməliyyat davam edir”, – deyə Kremlin sözçüsü bildirib.

Peskov qeyd edib ki, sülhə nail olmaq prosesi mürəkkəbdir və uzun müddət çəkə bilər.

“Bu proses çoxsaylı detallardan ibarətdir və onların hər biri vacibdir. Bu istiqamətdə işlər davam edir”, – deyə, o əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью