Kreml nöqtəni qoydu: “Qara dənizdəki gəmilər məhv ediləcək” KONKRET

10.09.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Qara dənizdəki gəmilərə qarşı zərbələri davam etdirəcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, Kreml rəsmisi çox sayda kommersiya gəmisinin Ukrayna Silahlı Qüvvələrinin məqsədləri üçün silah, sursat və yanacaq daşınmasında istifadə olunduğunu bildirib. Peskov açıqlamasında “Bu gəmilər məhv edilir və bundan sonra da məhv ediləcək” deyə vurğulayıb.

Xatırladaq ki, dünən səhər saatlarında Qara dənizdə baş verən dron hücumu nəticəsində azərbaycanlı dənizçilər həlak olublar.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью