Kreml nüvə elektrik stansiyası ilə bağlı xəbərdarlıq etdi

24.03.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Kremlin sözçüsü Dmitri Peskov İrandakı nüvə elektrik stansiyalarına hücumların son dərəcə təhlükəli olacağını bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən Buşehr Atom Elektrik Stansiyasına hücumların davam etməsi ehtimalını qiymətləndirib.

O qeyd edib ki, bu tendensiya davam edərsə, ciddi təhlükəsizlik təhdidi yaranacaq və bununla bağlı ABŞ tərəfinə lazımi siqnallar verilir. Nüvə obyektlərinə hücumların son dərəcə təhlükəli olduğunu və düzəlməz nəticələr doğura biləcəyini əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью