Kreml nüvə silahı xəbərdarlığına münasibət bildirdi

01.10.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Kalininqrad anklavının mümkün blokadasına nüvə silahı ilə cavab verəcəyi barədə xəbərdarlığına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Peskov jurnalistlərlə söhbətində Kalininqradın Rusiyanın ən qərb bölgəsi olduğunu və Moskvanın bölgənin təhlükəsizliyini öz qanunvericiliyinə uyğun şəkildə təmin edəcəyini deyib.

O, Kalininqradın müdafiəsində nüvə silahlarından mümkün istifadə ilə bağlı xəbərdarlığın “qarşıdurma xarakteri daşımadığını” bildirib. Peskov qeyd edib ki, açıqlama Avropada sürətlə davam edən silahlanma fonunda verilib.

Kremlin sözçüsü Avropanın əksər ölkələrinin Ukraynaya hərbi təlimçilər, silah və sursat göndərdiyini vurğulayıb.

“Əgər müharibədə tərəf tutsanız, fərqli xarakterli nəticələrin olacağı qaçılmazdır”, - deyə, Peskov bildirib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью