Kreml Paşinyana 4 zərbə HAZIRLAYIR

08.09.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasəti fonunda Rusiya hakimiyyətinin İrəvana qarşı yeni məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirdiyi iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Moskvanın nəzərdən keçirdiyi mümkün tədbirlər arasında Rusiyada çalışan Ermənistan vətəndaşlarının deportasiyası, pul köçürmələrinə məhdudiyyətlərin tətbiqi, iki ölkə arasında nəqliyyat əlaqələrinin məhdudlaşdırılması və enerji daşıyıcılarının, o cümlədən qazın qiymətinin artırılması yer alır.

Erməni mediasının yazdığına görə, Moskvada hesab edirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyan vaxt qazanmağa çalışır.

İddialara əsasən, İrəvan Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçirilməsini 2-3 il təxirə sala bilər. Bu müddət ərzində Ermənistanın ixracını şaxələndirməyə və iqtisadiyyatını Avrasiya İqtisadi İttifaqından Avropa bazarına tədricən yönəltməyə çalışacağı bildirilir.

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən görüş zamanı Ermənistanı xarici siyasət kursu ilə bağlı “daha tez müəyyənləşməyə” çağırıb. Nikol Paşinyan isə buna cavab olaraq bildirib ki, belə seçim üçün “hələ vaxt yetişməyib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью