Kreml Paşinyana şovinistlərin dili ilə CAVAB VERDİ

20.03.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Baş nazir Nikol Paşinyan Ermənistan vətəndaşlarını onun təklif etdiyi hər şeylə razılaşmasalar, müharibə və itkilərin qaçılmaz olduğunu deyərək qorxutmağa davam edir”. 

“Cebheinfo.az” xəbər veirr ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin belə deyib. 

Qeyd edək ki, Nikol Paşinyan martın 19-da keçirdiyi mətbuat konfransında Ermənistan müxalifətinin hakimiyyətə gələcəyi təqdirdə, sentyabr ayında yeni müharibəyə başlamağa hazırlaşdığını bildirmişdi. O, həmçinin dünyanın yenidən nəzərdən keçirilməsi çağırışlarının xarici qüvvələr tərəfindən yazıldığını və daxili müxalifətin onları yalnız oxuduğunu deyib. 

“O, erməniləri və əhalinin heç bir iğtişaş istəməyən hissəsini qorxudub. Paşinyanın bu xətti bu gün də aydın görünür. Çünki o, Ermənistanın milli maraqlarından imtina edib və bunu davam etdirir. Onun hakimiyyətdə qalmaq üçün sadəcə əhalini Azərbaycanla müharibə, Türkiyə ilə çətinliklər və sair kimi fikirlərlə qorxutmaqdan başqa, yolu qalmayıb”,-deyə Zatulin əlavə edib. 

Zatulinin sözlərinə görə, Paşinyanın iyunun 7-də keçiriləcək seçkilərdə hakimiyyəti ələ keçirmək üçün istifadə etdiyi strategiya məhz bundan ibarətdir. O, həmçinin müharibənin baş verməsi ehtimalının az olduğunu qeyd edib. Çünki KTMT müqaviləsinə uyğun olaraq, Ermənistan əsasən Rusiyadan tərəfindən müdafiə olunur. Zatulin bəyan edib ki, Paşinyan məhz bunu gizlətməyə çalışır: 

“Çünki özü ittifaqa xəyanət edib və aqressiv və davakar niyyətlərini gizlətməyən qonşuları ilə güzəştə getmək yolunu tutur”. 

Qeyd edək ki, həmişəki kimi, avantürist açıqlamaları ilə gündəmə gələn Zatulin Paşinyana hücum etsə də, “aqressiv və davakar niyyətlərini gizlətməyən qonşular” ifadəsini işlətməklə Azərbaycanın və Türkiyənin də ünvanına daş atıb. Çünki Ermənistanaın normal münasibətlərinin olduğu qonşu ölkələr Azərbaycan və Türkiyədir. 

Paşinyan hakimiyyəti isə hər iki dövlətlə razılaşmalar əldə etməklə Ermənistan cəmiyyətini sülhə nail olmağın yeganə çıxış olduğuna inandırmağa çalışır. Bu isə görünür, Kremlin maraqlarına cavab vermir. Çünki Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Rusiyanın Cənubi Qafqazdakı ən böyük geosiyasi təsir imkanlarından birinin aradan qalxması deməkdir. 

Rəsmi Moskva sülh prosesini pozmaq üçün Ermənistandakı revanşist müxalifətə ümid bağlayır. Ona görə də Rusiya hakimiyyəti Paşinyanın Ermənistan cəmiyyətinə ünvanlanmış xəbərdarlıq mesajını narahatlıqla qarşılayıb. 

Paşinyanın mətbuat konfransından dərhal sonra Zatulin kimi şovinistlərin dili ilə təhdid və təhqir mesajları yağdırmağa başlayıb. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью