Kreml: Paşinyanın dövlət çevrilişinə cəhdlə bağlı bəyanatı İrəvanın daxili işidir

25.06.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paşinyanın Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə bağlı bəyanatı İrəvanın daxili işidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanla, o cümlədən biznesmen Karapetyanın həbsi ilə əlaqədar vəziyyətlə bağlı təmasdadır.

Kremlin sözçüsü vurğulayıb ki, Moskva İrəvanda qanunun aliliyinin təmin olunmasında maraqlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью