Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

24.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskva, 24 sentyabr, AZƏRTAC

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya qarşıdan gələn səfərinin tarixi hələ razılaşdırılmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsünün sözlərinə görə, Rusiya Prezidenti və Ermənistan Baş naziri səfərin yaxın gələcəkdə baş tutacağı barədə razılığa gəliblər.

İrəvanın xarici iqtisadi siyasətinə münasibət bildirən Peskov Moskvanın Ermənistanın suveren hüquqlarına hörmət etdiyini vurğulayıb. O, həmçinin respublikanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inteqrasiya proseslərinin iştirakçısı olduğunu xatırladıb.

Kremlin sözçüsü bildirib ki, Ermənistanın tədricən digər standartlara doğru yönəlməsi Aİİ daxilində qüvvədə olan qaydalar, tənzimləmələr və prinsiplərlə ziddiyyət təşkil edə bilər.

Peskovun sözlərinə görə, Rusiya tərəfi Ermənistanın inteqrasiya üçün daha bir istiqamət seçməsinin vacibliyindən danışarkən məhz bunu nəzərdə tutur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью