Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, Kremlin sözçüsü Amerika silahlarının Ukraynaya tədarükünün başa çatdığı və dayandırıldığı barədə yekun məlumatın olmadığını xatırladıb. Onun sözlərinə görə, Amerika tərəfdən çoxlu ziddiyyətli bəyanatlar olub. Peskov hesab edir ki, ABŞ Avropa ölkələrinin fəal iştirakı ilə Ukraynaya silah tədarükünü davam etdirir.
“Avropalılar bu xətti seçiblər. Bu, tamamilə hərbi əməliyyatların davam etdirilməsinə hər cür şərait yaratmağa yönəlib. Amma ABŞ-dən Ukraynaya hansı növ və hansı miqdarda tədarükün davam etməsinə gəlincə, bunu birdəfəlik aydınlaşdırmaq üçün vaxt lazımdır. Hələ bir çox ziddiyyətli faktlar var”, - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Pentaqon Ukraynaya dəstəyi bərpa edir | VİDEO
Xatırladaq ki, iyulun 7-də İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında ABŞ prezidenti Donald Tramp iyulun 3-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının nəticələrindən məyus olduğunu bildirib.
O, həmkarını Ukraynadakı münaqişəni dayandırmağa inandırmağa ümid etdiyini, lakin heç bir irəliləyişə nail olmadığını deyib. Daha sonra Pentaqon Trampın göstərişi ilə Vaşinqtonun Kiyevə silah tədarükünü bərpa etdiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. “Avropalılar bu xətti seçiblər. Bu, tamamilə hərbi əməliyyatların davam etdirilməsinə hər cür şərait yaratmağa yönəlib. Amma ABŞ-dən Ukraynaya hansı növ və hansı miqdarda tədarükün davam etməsinə gəlincə, bunu birdəfəlik aydınlaşdırmaq üçün vaxt lazımdır. Hələ bir çox ziddiyyətli faktlar var”, - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Pentaqon Ukraynaya dəstəyi bərpa edir | VİDEO
Xatırladaq ki, iyulun 7-də İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında ABŞ prezidenti Donald Tramp iyulun 3-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının nəticələrindən məyus olduğunu bildirib. O, həmkarını Ukraynadakı münaqişəni dayandırmağa inandırmağa ümid etdiyini, lakin heç bir irəliləyişə nail olmadığını deyib. Daha sonra Pentaqon Trampın göstərişi ilə Vaşinqtonun Kiyevə silah tədarükünü bərpa etdiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az