Kreml: Putin Əhməd əl Şaraa görüşündə Bəşər Əsədin ekstradisiyası müzakirə olunmayıb

29.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası dünən Putinin Əhməd əl-Şaraa ilə danışıqları zamanı müzakirə olunmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa dünən keçirilən danışıqlar zamanı Rusiya ilə Suriya arasında ticarət və iqtisadi əlaqələri müzakirə ediblər: "Danışıqlar Dəməşq və Moskva arasında ticarət və iqtisadi münasibətlər və onların inkişafına yönəlib".

Kremlin sözçüsü vurğulayıb ki, iki ölkə ticarət və iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir və buna qarşılıqlı maraq göstərir.

Peskov dünənki görüşdə Suriyadakı Rusiya hərbi bazalarının müzakirə edildiyini də söyləyib, lakin o, detalları açıqlamaqdan imtina edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью