Kreml: Putin ilə Tramp danışıq apara bilərlər

07.11.2024

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidentinin mətbut katibi Dmitri Peskov Rusiyanın dövlət başçısı Vladimir Putin ilə amerikalı həmkarı Donald Tramp arasında danışığın mümkün olduğunu bildirib.
Peskov deyib: "Onların arasında danışıq olacağı istisna deyil. Axı Tramp özü demişdi ki, inauqurasiyaya qədər Putinə zəng edəcək. Öz sözüdür".
Peskov Vladimir Putinin Cozef Baydenlə telefonla danışmaq niyyətində olmadığını da deyib.
Putin ilə Trampın görüşünün mümkünlüyü barəsində sualın cavabında Peskov bu cür danışıqlar üçün yaxşı hazırlıq görülməsi lazım olduğunu söyləyib.
Hürr Tərcüman
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью