Kreml: Putin İstanbul danışıqlarından əvvəl Rusiya rəsmiləri ilə görüş keçirib

15.05.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin dünən axşam İstanbul danışıqlarından əvvəl Rusiya nümayəndə heyəti və danışıqlara qatılacaq bəzi rəsmilərlə görüş keçirdiyini bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Putinin dünən axşam Rusiya rəsmiləri ilə görüşdüyünü deyib.

İstanbul danışıqları üçün keçirilən görüşdə Rusiya nümayəndə heyətinin də iştirak etdiyini qeyd edən Peskov, Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya müdafiə naziri Andrey Belousov, Rusiya Təhlükəsizlik Şurasının baş katibi Sergey Şoyqu, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov və Rusiya Milli Qvardiyasının komandanı Viktor Zolotovun da iştirak etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью