Kreml: Putin Tramp danışıqları üçün vaxt lazımdır

27.01.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kremlin sözçüsü Dmitri Peskov amerikalılardan Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında mümkün görüşlə bağlı heç bir siqnal almadıqlarını bildirib və "görünür, müəyyən zamana ehtiyac var" deyə bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə Putin və Tramp arasında mümkün görüşlə bağlı açıqlamalar verib.

Putinin görüş üçün ABŞ-a gedib-getməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov: “Bunu liderlər belə bir görüşün təşkilini məqsədəuyğun hesab etdikləri vaxt müzakirə edəcəklər. Hələ ki, amerikalılardan heç bir təklif almamışıq, ona görə də öz qrafikimizlə işləyirik” - deyib.

Peskov Rusiyanın danışıqlara hazır olduğunu bildirib. “ABŞ tərəfi də hazır görünür. Görünənə odur ki, müəyyən zamana ehtiyac var”, - deyə qeyd edib.

Peskov Belarusda qeyri-rəsmi nəticələrə görə Aleksandr Lukaşenkonun qələbəsi ilə başa çatan prezident seçkiləri haqqında: “Biz müttəfiqimizin uğuruna sevinirik. Seçki ilə bağlı Qərbdən gələn səslərə gəlincə, onlar son dərəcə proqnozlaşdırıla bilən səslərdir və biz onları dəyərləndirməyə ehtiyac görmürük”, - deyə münasibət bildirmək istəmədiyini qeyd edib.

Yanvarın 24-də Putin Trampla Ukrayna müharibəsi və enerji kimi məsələləri müzakirə etmək üçün görüşməli olduğunu açıqlayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью