Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzrə yüksək səviyyəli danışıqlara hazırdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin Zelenski ilə görüşə hazırdır, lakin əvvəlcə nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticələr əldə edilməlidir.
Peskov qeyd edib ki, Putin Zelenski və Trampla şəxsi görüşün mümkünlüyünü prinsipcə dəstəkləyir: "Bu cür təmaslara tələb var, lakin yaxşı hazırlıq lazımdır".