Kreml Putin və Əliyev görüşü ilə bağlı nikbinliyini bildirib

09.10.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya lideri Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək görüş ərəfəsində rəsmi Moskva nikbin əhval-ruhiyyə nümayiş etdirir. Kreml görüş zamanı ikitərəfli münasibətlərdə mövcud olan bütün məsələlərin müzakirə olunacağına ümid bəsləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

“Hazırda biz Prezident Putinin Tacikistana dövlət səfərindən danışırıq. Geniş gündəlik nəzərdə tutulur. Əlbəttə ki, Rusiya-Azərbaycan münasibətləri də ayrıca müzakirə olunacaq mövzulardandır”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, prezidentlər arasında bu gün görüş keçirilməsi barədə razılıq əldə olunub: “Görüşün nəticələrini gözləyəcəyik. Biz bu məsələdə nikbinik. Hesab edirik ki, prezidentlər ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edəcək və mövcud problemləri açıq şəkildə nəzərdən keçirəcəklər”, - deyə o bildirib.

Peskov, həmçinin, 7 oktyabrda Prezident Putin və Prezident Əliyev arasında baş tutmuş telefon danışığının “yaxşı, pozitiv və konstruktiv” keçdiyini vurğulayıb. O əlavə edib ki, qarşıdakı görüşlə bağlı razılıq həmin telefon söhbəti zamanı əldə olunub.

Qeyd edək ki, Prezident Əliyev həmin gün – Putinin doğum günündə ona zəng edərək səmimi təbriklərini çatdırıb. Bu danışıq liderlər arasında yarım ildən artıq fasilədən sonra baş tutmuş ilk birbaşa əlaqə olub.

Rusiya və Azərbaycan prezidentlərinin tam formatda görüşü 9 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Prezident Putin burada dövlət səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Sammitində iştirak edəcək. Bu, liderlərin 2024-cü ilin oktyabrından bəri ilk tam formatlı görüşü olacaq. Həmin görüş də MDB dövlət başçılarının Şurası çərçivəsində keçirilir.

Bundan əlavə, Rusiya Prezidenti qeyd edib ki, o və Prezident İlham Əliyev Çin şəhəri Tyançzində təşkil olunmuş Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin kuluarlarında “bir-iki kəlmə” də olsa fikir mübadiləsi apara biliblər.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью