Kreml: Putin və Tramp arasında danışıqlar yaxın zamanda keçirilə bilər

05.09.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqların yeni raundu yaxın zamanda baş tuta bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə, danışıqların yeni raundu mümkündür. Şübhəm yoxdur ki, əgər prezidentlər zəruri hesab etsələr, onların görüşü çox tez təşkil oluna bilər", - D.Peskov qeyd edib.

Onun sözlərinə görə, danışıqların təşkilini ən qısa müddətdə həyata keçirmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью