Kreml Putin və Tramp arasında gözlənilən telefon danışığının təfərrüatlarını açıqlayıb

11.09.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Hazırda Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında danışığın aparılması ilə bağlı heç bir razılaşma yoxdur.


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

 "Xeyr, hələ zəng tarixi ilə bağlı razılıq yoxdur. Lazım gələrsə, söhbət razılaşdırılacaq", - Kreml sözçüsü bildirib. 

Xatırladaq ki, Tramp bir gün əvvəl Putinlə yaxın günlərdə telefon danışığı aparacağını bildirmişdi . Ağ Ev rəhbərinin sözlərinə görə, onun Rusiya lideri ilə söhbəti bu həftə və ya gələn həftənin əvvəlində baş tutacaq.

Nurlana Əhmədova
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью