Kreml Putin və Tramp arasındakı münasibətləri belə xarakterizə ETDİ

26.11.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında işgüzar, praqmatik və hətta dostluq münasibətləri mövcuddur. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Redaktor.az xəbər verir ki, Peskov iki ölkə lideri arasındakı münasibətləri şərh edərkən onların mürəkkəb məsələləri müzakirə edə bilməsinə diqqət çəkib.

“Prezident Putinlə Prezident Tramp arasında münasibətlərin çox işgüzar, praqmatik və hətta dostluq xarakteri daşıdığı həqiqətən də belədir. Bu, çoxsaylı fikir ayrılıqlarının olduğu ən mürəkkəb problemləri müzakirə etməyə imkan verir. Bununla yanaşı, iki dövlət başçısının baxışlarının üst-üstə düşdüyü müəyyən məsələlər də var”, – deyə Kremlin sözçüsü vurğulayıb.

NURİYYƏ

.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью