Kreml Putinin bu gün Moskvada Əhməd əl Şaraa ilə görüşəcəyini təsdiqləyib

15.10.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada işgüzar səfərdə olacaq Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, dövlət başçıları ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərq gündəmini müzakirə edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью