Kreml: Putinin İrana səfəri gözlənilir

14.05.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Rusiya Prezidenti Vladimir Putinin İrana rəsmi və ya işgüzar səfəri üçün dəvət mövcuddur, lakin səfərin dəqiq vaxtı hələ razılaşdırılmayıb".

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Tarixlər hələ razılaşdırılmayıb. Razılaşdırılan kimi sizi məlumatlandıracağıq”, – deyə Peskov bildirib.

İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Məhacirani daha əvvəl açıqlayıb ki, Vladimir Putinin İrana səfəri diplomatik kanallar vasitəsilə razılaşdırılır. İranın xarici işlər naziri Abbas Əraqçi isə bəyan edib ki, Tehran Rusiya prezidentinin 2025-ci ildə İrana səfər edəcəyinə ümid edir.

Qeyd edək ki, aprelin 21-də Vladimir Putin Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni ratifikasiya edən qanunu imzalayıb. İran tərəfi hələ ki, sazişi ratifikasiya etməyib. İki ölkə prezidenti Vladimir Putin və Məsud Pezeşkianın yanvarın 17-də imzaladıqları saziş 47 maddədən ibarətdir.

Sənədə əsasən, tərəflərdən biri xarici təhdidə məruz qalarsa, digər tərəf təcavüzkara yardım etməməli və BMT Nizamnaməsi əsasında münaqişənin həllinə töhfə verməyə çalışmalıdır. 

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью