Kreml Putinin kimlə danışdığını açıqlamadı

21.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı beynəlxalq telefon danışığı keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

"Putin bu gün Kremldə işləyir, prezidentin etdiyi beynəlxalq telefon danışığı barədə tezliklə məlumat verəcəyik", - deyə o, jurnalistlərə bildirib. 

Peskov həmçinin qeyd edib ki, cümə axşamı Vergi İşçiləri Günü münasibəti ilə Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəhbəri Daniil Eqorov prezidentə hesabat verib. 

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью