Kreml Putinin sabah Uitkoffla görüşəcəyini təsdiqləyib YENİLƏNİB

21.01.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kreml Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcəyini təsdiqləyib.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov görüşün yanvarın 22-də keçiriləcəyini bildirib.

***
14:39

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff yanvarın 22-də Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Uitkoff CNBC telekanalına müsahibəsində bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью